|
|
|
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
|
|
|
|
Məhəmməd Füzulinin həyyat |
|
|
|
|
|
|
|
|
|
|
|
Məhəmməd Süleyman oğlu Füzuli
Mövlana Məhəmməd Süleyman oğlu Füzuli Bağdadi (1494, İraq, Kərbəla şəhəri - 1556, orada) - Azərbaycan şairi, mütəfəkkir. türk, ərəb və fars dillərində yazmışdır.
İlk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.
"Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətayiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.
Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.
Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.
Füzuli türk dilində lirik şerin ən gözəl nümunələrini yaratmışdır.
Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmyaraq, Füzulinin ana dilində yaratdığı əsər oricinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.
Füzuli Azərbaycan ədəbiyyatı tarixində ana dilində bədii nəsrin görkəmli nümunələrini yaratmışdır.
Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.
Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi bədii dilimizi yeni yüksəkiklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda İstanbulda, Ankarada, Misirdə, Daşkənddə, Buxarada, Aşqabadda, dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.
Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.
|
|
MƏHƏMMƏD FÜZULİ
QƏZƏLLƏR
Qəd əharəl eşqü-lil uşaqqi minhacəl huda.
Saliki rahi həqiqət eqşə iqtida.
Eşqdir ol həş’əyi-kamil kim, ondandır mudam.
Meydə təşviri hərarət, neydə təsiri səda,
Vadiyyi vəhdət həqiqətdə maqami eşqdur.
Kim, müşəxxəs olmaz ol vadidə sultandan səda,
Eyləməz xəlvət sərayi-sirri vəhdət məhrəmi.
Aşiqi məşuqdan, məşuqi cuda
Ey ki, Əhli-eşqə söylərəm: «məlamət tərkin et!»
Söylə kim, mümkündür, təğyiri-təqdiri Xuda?
Eşq kilki çəkdi xət hərfi vucudi aşiqə
Kim, ola sabit həq isbatında nəfyi maəda
Ey Fizuli, intihasız zövq buldun eşqdən
Böylədir hər iş ki, həqq adilə qılsan ibtida
QƏZƏL
Məskənin bəzimgahı-vəhdətdir.
Ey Fizuli, bu xakdandan keç!
Könlüm açılır zülfi pərişanını görgəc
Nitqim tutulur ğönceyi xəndanını görgəc
Baxdıqca sənə qan sarılır didələrimdən
Bağrım dilənir navəki-müjgahını görgəc
Kafər ki, degil mö-tərifi nari cəhənnəm
İymanə gələr atəşi hicranını görgəc
Sən hali dilin söyləməsin hala, Fizuli
El fəhm qılır caki giribanını görgəc
Şah oldu minbər yeksərə, çıxdı kimyə minbərə.
Səlavət edən peyğəmbərə, səlluəla xəyrulvəra
Səhni cəməndə ərğəvan, hər bərgini etmiş zəban
Təkrar eylər hər zaman, mədhi Əliyyul-Murtəza
Zaye keçirməz yasəmin, ömri-lətifu nazənin
İxlas ilə eylər özün, xaku-rəhi Xəyrun nisa
Türfə riyahın sərbəsər kəsb etdi ətri müşki-tər.
Xulqi həsəndən bir əsər gülzarə göstərcək səba
Qəhr ilə cərxi-lacibərd gər yasəməni qılsa zərd
Nə ğəm cü görgəc əhli-dərd, eylər ona Kazim dəva
Kəşf etməyə əsrari-həq acmış səmən simin vərəq
Vermiş ona guya səbəq, elm icrə şahi din Riza
Vəqt oldu ğönçə açıla, gül xürdəsin zahir qıla
Mehdi zuhurini bilə faş edə sirrini qəza
Yəni güli-gülzari-can, Heydər imami-möminan
Ol kim, onadır biguman, miskin Fizuli bir gəda
Gəldi ol İsa kim, ondadı həyati Əhli hal
Yoxdur onsuz xəlq cismində həyatə ehtimal
Gəldi ol Xuzri mübarekpey kim, onsuz bidəlil
Müztərib qalmışdı əhli fəzlü ərbabi kəmal
Gəldi ol Mehdi ki, salmışdı zəmani ğeybəti,
İqdi nəzmi kişvəri islamə bimi inhilal
Cövhəri-qabil Əyasi-aqibət Məhmud kim,
Xəlqə göstərmiş onu iyzəd fələkdən bir misal
Minbərin zikri-humayun ilə etdin sərbulən
Ki, ol məqami heyfdir qılmaq ərazil payimal
Xəlqə elan etməgə dini Məhəmməd tastin
Eylədin ol Məscidi-Əqsayə təyini Bilal
Müttəsil fəth ola ruzi canibi həqdən sənə
Feyzi mədhinlə Fizuli xəstəyə hüsni məqal
|
|
|
|
|
|
|
|
|
|
|
|
SIZ BIZIM SAYTMIZDA ÖZ REKLAM VƏ ELANLARINIZ YERLƏŞDIRƏ BILƏRISINIZ
SIZ ÖZ LINKLƏRINIZI BIZIM SAYTDA QARŞILIQLI OLARAQ YERLƏŞDIRƏ BILƏRSINIZ
SAYT ƏLAQƏDƏR FIKIR VƏ TƏKILIFLƏRINIZ BIZƏ YAZIN
POLAD313@BOX.AZ
NAMAZ VAXTI
05/09/2010 (Bakı)
Sübh azanı: 04:47
Günəş çıxır: 06:11
Zöhr azanı: 12:39
Əsr azanı: 16:18
Məğrib azanı: 19:24
İşa azanı: 20:19
Gecə yarısı: 00:06
Qan yaddaşı
· Xankəndi 26.12.1991
· Xocalı 26.02.1992
· Şuşa 08.05.1992
· Laçın 17.05.1992
· Xocavənd 02.10.1992
· Kəlbəcər 3-4.04.1993
· Ağdərə 07.07.1993
· Ağdam 23.07.1993
· Cəbrayıl 23.08.1993
· Fizuli 23.08.1993
· Qubadlı 31.08.1993
· Zəngilan 30.10.1993
HAVA HAQQINDA
Bakı 23C/34C
Gəncə 22C/36C
Naxçıvan 22C/37C
Şuşa 14C/25C
Lənkəran 22C/34C
Şəki 22C/36C
Quba 21C/
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
|
|
|
|
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
ISLAM DINI P 244038 ziyaretçiPOLAD |