|
|
|
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
|
|
|
|
MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYAR |
|
|
|
|
|
|
|
|
|
|
|
MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYAR
XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biridir. Ana dilində və farsca yazılmış əsərləri ilə o, hələ öz sağlığında klassiklər səviyyəsinə qalxmış, Yaxın Şərq ədəbiyyatını təravətli obraz və ifadə vasitələrilə zənginləşdirmiş, dünya poeziyasına «Heydərbabaya salam» kimi yüksək dərəcədə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə vermişdir. Şeiri həyatın ən böyük möcüzəsi adlandıran şair öz möhtəşəm poeziyası ilə sərhədsiz söz dünyamızın mənəvi bütövlüyünün daha möhkəm, daha əzəmətli olmasına əvəzsiz xidmətlər göstərmişdir. O, 1907-ci ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. Məhkəmədə vəkillik etməklə ailəsini dolandıran atası şeiri və musiqini çox sevən bir ziyalı idi. Anası Kövkəb xanım da şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən, Seyid Əzim Şirvaninin qəzəllərindən bəzi nümunələri tez-tez oğlu Şəhriyar üçün oxuyardı. Şəhriyar Təbrizdə orta təhsil alıb, Tehran Universitetinin tibb fakültəsini bitirsə də 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlamışdı.
Hüdudsuz bir qürur hissi ilə «mənəm həm şeirin Allahı, həm İran şeirinin şahı» deyən Şəhriyarın yaratdığı misilsiz poeziya inciləri ona bu sözləri tərəddüd etmədən dilə gətirmək haqqı verirdi. İlk baxışda təvazökarlıqdan uzaq görünən bu etiraf Sabirin «Bənzərəm bir qocaman dağa ki, dəryada durar» misrası ilə həmahəng səslənir. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünyanın, həyatın mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələr, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur.
Hansı dildə yazmasından asılı olmayaraq Şəhriyar həmişə vicdanının səsinə qulaq asan, başından keçən fikirləri səmimiyyətlə əks etdirən bir sənətkar idi. Özü bu barədə çox gözəl demişdir:
Dedim: Azər elinin bir yaralı nisgiliyəm mən,
Nisgil olsam da gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi - Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək...
M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz «Heydərbabaya salam» poeması olmuşdur. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur!
Bir uçaydım bu çırpınan yelinən,
Bağlanaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim, ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Bu notlar Şəhriyarın bütün poeziyası üçün xarakterik olan milli birlik ideyasının bu əsərlərdə ön plana çıxarılmasını təmin edir.
Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sora qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın,
Hər içi boş sözlərə aldanmasın.
Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:
Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!
Uzun illər Şimali Azərbaycan və Bakının həsrəti ilə qovrulsa da keçmiş Sovetlər İttifaqı ilə keçmiş şahlıq İranı arasındakı sərhədlər, tanınmış xalq xadimləri üçün qoyulmuş qadağaların sərtliyi, maddi çətinliklər, nəhayət, qocalıq və xəstəlik ona bu arzusunu gerçəkləşdirməyə imkan verməmişdir:
Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq,
Başa sovurur saman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.
Azərbaycan şeirində, o cümlədən, bütün Şərq poeziyasında ayrılıqdan, hicrandan dönə-dönə şikayətlər edilmiş, vətən həsrətindən də az yazılmamışdır. Lakin Şəhriyar səviyyəsində ayrılıqdan, nisgildən yazan ikinci bir şair söyləmək çətindir. Azərbaycan poeziyası XX əsr boyu xalqımızın milli azadlıq mübarizəsində ideya mənbəyi və təbliğat vasitəsi kimi yardımçı olmuşdur. Vətənimizin şimal hissəsinin öz istiqlalına qovuşmasında, bu yolda qələm çalmış digər söz ustadları ilə bir sırada, heç şübhəsiz ki, Şəhriyarın da böyük rolu vardır. Şair ömrü boyu Şimali Azərbaycanı görə bilməsə də, bu mövzuda xəyali səyahət etmiş, vüsal şeirləri yazmış, Şimali Azərbaycan şairlərindən Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri və başqaları ilə əlaqə saxlamış, öz əsərlərində tez-tez Bakını, Sabiri, Üzeyir bəyi, Səməd Vurğunu xatırlayaraq yad etmişdir. M.Şəhriyar Vətəninin, millətinin böyük qələbə və birlik gününü görmədən dünyadan köçsə də, o günün gələcəyinə, poeziyasında yandırdığı azadlıq məşəlinin sönməyəcəyinə inanırdı:
Aşıq deyər, bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanan var imiş,
Bir sazlı-sözlü Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çarxı çönməyib.
Ömrünün son illərini Təbrizdə keçirərək burada da Vətən torpağına qovuşan şairin sənəti kimi məzarının da ziyarətgaha çevrilməsi Şəhriyar odunun sönməzliyini bir daha təsdiq edir.
Hüseynə yerlər ağlar, göylər ağlar,
Bətuli-Mürtəza Peyğəmbər ağlar.
Hüseynin nohəsin Dilriş yazanda ,
Müsəlman səhlidir ki, kafər ağlar.
Kor olmuş gözlərin qan tutdu Şimrin,
Ki, görsün, öz əlində xəncər ağlar.
Hüseynin köynəyi Zəhra əlində,
Çəkər qeyha qiyamət, məhşər ağlar.
Atanda Hərmələ ox, Kərbəlada,
Görəydin, düşmən ağlar, ləşkər ağlar.
Qucağında görəydin Ümmi-Leyla,
Atıb nəşi Əliyyi-Əkbər ağlar.
Başında kaküli Əkbər havası,
Yel ağlar, sünbül ağlar, ənbər ağlar.
Yazanda Ali-Taha nohəsin mən,
Qələm gördüm sızıldar, dəftər ağlar.
Əli, şəqqül-qəmər, mehrab, tilit qan,
Qulaq ver məscid oxşar, mənbər ağlar.
Əlidən Şəhriyar sən bir işarə,
Qucaqlar qəbri, Malik-Əştər ağlar.
Elman Xəlilov
|
|
|
|
|
|
|
|
|
|
|
SIZ BIZIM SAYTMIZDA ÖZ REKLAM VƏ ELANLARINIZ YERLƏŞDIRƏ BILƏRISINIZ
SIZ ÖZ LINKLƏRINIZI BIZIM SAYTDA QARŞILIQLI OLARAQ YERLƏŞDIRƏ BILƏRSINIZ
SAYT ƏLAQƏDƏR FIKIR VƏ TƏKILIFLƏRINIZ BIZƏ YAZIN
POLAD313@BOX.AZ
NAMAZ VAXTI
05/09/2010 (Bakı)
Sübh azanı: 04:47
Günəş çıxır: 06:11
Zöhr azanı: 12:39
Əsr azanı: 16:18
Məğrib azanı: 19:24
İşa azanı: 20:19
Gecə yarısı: 00:06
Qan yaddaşı
· Xankəndi 26.12.1991
· Xocalı 26.02.1992
· Şuşa 08.05.1992
· Laçın 17.05.1992
· Xocavənd 02.10.1992
· Kəlbəcər 3-4.04.1993
· Ağdərə 07.07.1993
· Ağdam 23.07.1993
· Cəbrayıl 23.08.1993
· Fizuli 23.08.1993
· Qubadlı 31.08.1993
· Zəngilan 30.10.1993
HAVA HAQQINDA
Bakı 23C/34C
Gəncə 22C/36C
Naxçıvan 22C/37C
Şuşa 14C/25C
Lənkəran 22C/34C
Şəki 22C/36C
Quba 21C/
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
|
|
|
|
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
ISLAM DINI P 244029 ziyaretçiPOLAD |