ISLAM DINI
Şəhid Mübariz haqqında mahnı  
  Ana sehife
  CHAT
  Dini kitablar
  Tərcümeyi hal
  ƏDƏBIYYAT
  Link
  Xocali desetleri
  Namaz
  Ziyaret Defteri
  SON XEBERLER
  Namaz vaxti
  Dini sekiler
  MUSAHIBE
  Muqeddes mekanlar
  ISLAM RESIMLER 1
  ISLAM RESIMLER 2
  PORQRAMLAR
  sayxac
  FORUM
  ZİYARƏTGAHLARI CANLI İZLƏYİN
  Title of your new page
MUSAHIBE

“Mənim xəstəliyim öldürücü deyil”

Şeyxülislam Hacı Allahşükür Paşazadə: “Azərbaycanda vəhhabilərə yaradılan şərait başqaları üçün yaradılmır”

 

- Bir neçə aydır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovla bölgələrə ardıcıl səfərlər edirsiniz. Bu, bölgələrdə dini cəhətdən vəziyyətin qeyri-sabit olması ilə bağlı deyil ki?

- Regionlara səfərlərimiz zamanı dindarlarla görüşüb vəziyyəti öyrənirik. Dinlərarası münasibətləri daha da yaxşılaşdırmaq istəyirik. Bu mənada yerlərdə real vəziyyəti bilmək vacibdir. Biz orada insanları dinləyir, vicdan azadlığına hansı səviyyədə riayət olunduğunu müəyyənləşdiririk. Demək olar ki, ölkənin bütün regionlarına səfər etmək fikrindəyik. Bu yaxınlarda Aran rayonlarına səfərimiz olacaq. Ümumiyyətlə, bu gün Azərbaycanda dini sahədə narahatlığa əsas ola biləcək ciddi fakt yoxdur. Sadəcə bəzi qüvvələr vəziyyəti şişirtməyə çalışır. Xüsusilə də müxalifət tam zəiflədiyini görüb, dini faktordan yararlanmaq istəyir.

- Son vaxtlar Mingəçevir şəhərində dini zəmində qarşıdurmanın yaranması haqqında məlumatlar yayılıb. Orada problem nədən ibarətdir?

- Orada məsələni siyasiləşdirmək istəyən bir qrup adam var. Mingəçevirdə bir məscid tikilib. Onlar Allahın evini iki hissəyə, sünni-şiə məscidinə bölmək istəyirlər. Orada insanlar bir yerdə namaz qılır. Bu bizim ənənəmizdir. Bu narazılıqlar siyasi motivlər üzərindədir. Ola bilsin ki, qarışıqlıq yaratmaq istəyən insanlara xaricdən kimsə təsir göstərir. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə də müzakirə aparmışıq. Dövlət Komitəsi bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanda sünni-şiəliyi yox, müsəlmançılığı təbliğ etmək lazımdır.

- “Əbü-Bəkr” kimi tanınan “Cümə məscidi”ndə fəaliyyət göstərən vəhhabilər artıq həmin ərazidə çoxlu sayda dükan inşa edib ticarətlə məşğul olurlar. Məlumata görə, həmin ərazidə vəhhabi qəsəbəsi yaradılır. Bütün Qafqazın Şeyxi kimi bu məsələdən xəbəriniz varmı və buna münasibətiniz necədir? 

Baş verənlərdən xəbərim var. Dini icmalara nəzarət Qafqaz Müsəlmanları İdarəsinin yox, dövlətin səlahiyyətindədir. Din dövlətdən ayrıdır. Biz öz narahatlığımızı bildirmişik, işi görən isə dövlətdir. Dövlət bu barədə düşünməlidir. Azərbaycanda onlar üçün yaradılan şərait başqaları üçün yaradılmır. Adam buna təəccüblənir. Nəyə görə onlara bu şərait yaradılır? Bakı Şəhər İcra Hakimiyyəti bu tikililərlə bağlı məsələlərin qarşısının alınmasında daha fəaldır. İnanıram ki, paytaxt meri Hacıbala Abutalıbov bu məsələnin həll edilməsinə yaxından köməklik göstərəcək.

- Bu il Həcc ziyarəti ilə bağlı qiymətlərdə artım var. Bu hansı səbəbdən baş verdi?

- Həcc ziyarəti ilə bağlı qiymətlərin qalxması təbiidir. Ola bilər ki, qiymətlər bundan sonra da qalxsın. Bu il zəvvarlarımızın qalacağı yerlərə özüm gedib baxmışam. Məsələ bundadır ki, indi bəzi ölkələrdə gömrük haqları bir neçə dəfə bahalaşıb. O cümlədən Səudiyyə Ərəbistanında da bəzi növ xidmət haqları artırılıb. Bunun da nəticəsində biz Həcc ziyarəti ilə bağlı qiymətləri artırmağa məcbur olmuşuq.

- Bir neçə gün əvvəl Bakı kəndlərindən bir qrup dindar Kərbəla və Nəcəfdə ziyarətdə olub. Qafqaz Müsəlmanları İdarəsinin bu məsələyə münasibəti necədir?

- Əvvəl bu işi biz həyata keçirmək istədik. Bunun üçün İraqın Azərbaycandakı səfirindən zəvvarların təhlükəsizliyinə təminat istədik. Lakin onlar heç bir təminat vermədilər. Belə olan halda, biz bu məsələyə qarışmadığımızı bildirdik. İnsanlar bilməlidirlər ki, heç kim onların təhlükəsizliyinə təminat vermir və bu məsələyə ehtiyatla yanaşılmalıdırlar.

- Sizin səhhətinizdə ciddi problemlərin olması haqda tez-tez mətbuatda informasiyalar yayılır...

- Ola bilsin, mənə başqa cür gücləri çatmayanlar bu cür söz-söhbəti yayırlar. Bəziləri bunu istəyirlər. Əgər ölməli idimsə, bu, 4-5 il əvvəl baş verməli idi. Ancaq gördüyünüz kimi, sağ-salamatam. Hazırda səhhətimdə heç bir problem yoxdur. Yalnız bel sütunumda yırtıq var. Artıq bu problem arxada qalıb. Bu xəstəlik də öldürücü deyil axı... İnsan istəsə də, bu xəstəlikdən ölə bilməz. İnsanın ölümü Tanrının əlindədir APA INFARMASIYA  AGENTLIYI

 
 
  SIZ BIZIM SAYTMIZDA ÖZ REKLAM VƏ ELANLARINIZ YERLƏŞDIRƏ BILƏRISINIZ
SIZ ÖZ LINKLƏRINIZI BIZIM SAYTDA QARŞILIQLI OLARAQ YERLƏŞDIRƏ BILƏRSINIZ



SAYT ƏLAQƏDƏR FIKIR VƏ TƏKILIFLƏRINIZ BIZƏ YAZIN
POLAD313@BOX.AZ

NAMAZ VAXTI

05/09/2010 (Bakı)

Sübh azanı: 04:47
Günəş çıxır: 06:11
Zöhr azanı: 12:39
Əsr azanı: 16:18
Məğrib azanı: 19:24
İşa azanı: 20:19
Gecə yarısı: 00:06



Qan yaddaşı
· Xankəndi 26.12.1991
· Xocalı 26.02.1992
· Şuşa 08.05.1992
· Laçın 17.05.1992
· Xocavənd 02.10.1992
· Kəlbəcər 3-4.04.1993
· Ağdərə 07.07.1993
· Ağdam 23.07.1993
· Cəbrayıl 23.08.1993
· Fizuli 23.08.1993
· Qubadlı 31.08.1993
· Zəngilan 30.10.1993


HAVA HAQQINDA
Bakı 23C/34C
Gəncə 22C/36C
Naxçıvan 22C/37C
Şuşa 14C/25C
Lənkəran 22C/34C
Şəki 22C/36C
Quba 21C/



Şəhid Mübariz haqqında mahnı
 
Şəhid Mübariz haqqında mahnı  
  MUBARIZ IBRAHIMOV HAQQINDA KLIP @ Yahoo! Video  
ISLAM DINI P 243985 ziyaretçiPOLAD
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free