|
|
|
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
|
|
|
|
ƏDƏBIYYAT |
|
|
|
|
|
|
|
|
|
|
|
Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi (1369, Şamaxı-1417, Hələb) - Azərbaycan şairi, mütəfəkkir. "İmaməddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.
10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir.
1394-cü ildə Nəimi edam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya (Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə (Suriya) yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur.Daha ətraflı bölümündə
|
|
Məhəmməd Süleyman oğlu Füzulinin Həyatı və yaradıgılığı
Mövlana Məhəmməd Süleyman oğlu Füzuli Bağdadi (1494, İraq, Kərbəla şəhəri - 1556, orada) - Azərbaycan şairi, mütəfəkkir. türk, ərəb və fars dillərində yazmışdır.
İlk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.
"Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətayiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.
Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.
Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.
Füzuli türk dilində lirik şerin ən gözəl nümunələrini yaratmışdır.
Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmyaraq, Füzulinin ana dilində yaratdığı əsər oricinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.Daha ətraflı bölümündə
|
|
|
MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYAR
XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biridir. Ana dilində və farsca yazılmış əsərləri ilə o, hələ öz sağlığında klassiklər səviyyəsinə qalxmış, Yaxın Şərq ədəbiyyatını təravətli obraz və ifadə vasitələrilə zənginləşdirmiş, dünya poeziyasına «Heydərbabaya salam» kimi yüksək dərəcədə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə vermişdir. Şeiri həyatın ən böyük möcüzəsi adlandıran şair öz möhtəşəm poeziyası ilə sərhədsiz söz dünyamızın mənəvi bütövlüyünün daha möhkəm, daha əzəmətli olmasına əvəzsiz xidmətlər göstərmişdir. O, 1907-ci ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. Məhkəmədə vəkillik etməklə ailəsini dolandıran atası şeiri və musiqini çox sevən bir ziyalı idi. Anası Kövkəb xanım da şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən, Seyid Əzim Şirvaninin qəzəllərindən bəzi nümunələri tez-tez oğlu Şəhriyar üçün oxuyardı. Şəhriyar Təbrizdə orta təhsil alıb, Tehran Universitetinin tibb fakültəsini bitirsə də 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlamışdı.
Hüdudsuz bir qürur hissi ilə «mənəm həm şeirin Allahı, həm İran şeirinin şahı» deyən Şəhriyarın yaratdığı misilsiz poeziya inciləri ona bu sözləri tərəddüd etmədən dilə gətirmək haqqı verirdi. İlk baxışda təvazökarlıqdan uzaq görünən bu etiraf Sabirin «Bənzərəm bir qocaman dağa ki, dəryada durar» misrası ilə həmahəng səslənir. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünyanın, həyatın mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələr, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur.
Hansı dildə yazmasından asılı olmayaraq Şəhriyar həmişə vicdanının səsinə qulaq asan, başından keçən fikirləri səmimiyyətlə əks etdirən bir sənətkar idi. Özü bu barədə çox gözəl demişdir:
Dedim: Azər elinin bir yaralı nisgiliyəm mən,
Nisgil olsam da gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi - Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək...
M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz «Heydərbabaya salam» poeması olmuşdur. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur!Daha ətraflı
|
|
|
|
|
|
|
|
|
|
|
SIZ BIZIM SAYTMIZDA ÖZ REKLAM VƏ ELANLARINIZ YERLƏŞDIRƏ BILƏRISINIZ
SIZ ÖZ LINKLƏRINIZI BIZIM SAYTDA QARŞILIQLI OLARAQ YERLƏŞDIRƏ BILƏRSINIZ
SAYT ƏLAQƏDƏR FIKIR VƏ TƏKILIFLƏRINIZ BIZƏ YAZIN
POLAD313@BOX.AZ
NAMAZ VAXTI
05/09/2010 (Bakı)
Sübh azanı: 04:47
Günəş çıxır: 06:11
Zöhr azanı: 12:39
Əsr azanı: 16:18
Məğrib azanı: 19:24
İşa azanı: 20:19
Gecə yarısı: 00:06
Qan yaddaşı
· Xankəndi 26.12.1991
· Xocalı 26.02.1992
· Şuşa 08.05.1992
· Laçın 17.05.1992
· Xocavənd 02.10.1992
· Kəlbəcər 3-4.04.1993
· Ağdərə 07.07.1993
· Ağdam 23.07.1993
· Cəbrayıl 23.08.1993
· Fizuli 23.08.1993
· Qubadlı 31.08.1993
· Zəngilan 30.10.1993
HAVA HAQQINDA
Bakı 23C/34C
Gəncə 22C/36C
Naxçıvan 22C/37C
Şuşa 14C/25C
Lənkəran 22C/34C
Şəki 22C/36C
Quba 21C/
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
|
|
|
|
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
ISLAM DINI P 244005 ziyaretçiPOLAD |