|
|
|
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
|
|
|
|
İmaməddin Nəsimi Həyatı |
|
|
|
|
|
|
|
|
|
|
|
Nəsimİ
i
Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi (1369, Şamaxı-1417, Hələb) - Azərbaycan şairi, mütəfəkkir. "İmaməddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.
10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir.
1394-cü ildə Nəimi edam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya (Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə (Suriya) yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur.
Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir. Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur.
O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir.
Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir.
Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır.
O, 3 dildə gözəl müləmmələr yazmışdır.
Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca oricinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur.
Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai , Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir.
Nəsimi yaradıcılığı 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına (türk, türkmən, özbək və s.) qüvvətli təsir göstərmişdir.
Nəsimi əsərləri erməni əlifbası ilə köçürülmüş, Azərbaycan türkcəsində yazan erməni şair-aşıqlarına da təsir göstərmişdir.
Şairin əsərləri əlyazma şəklində geniş yayılmışdır.Həmin əlyazma nüsxələri dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanılır.
Şairin əsərlərin dönə-dönə çap edilmiş, haqqında tədqiqat əsərləri yazılmışdır. YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında qeyd olunmuş (1973), Azərbaycanda və Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələr iştirak etmişdir.
Bakı rayolnlarından birinə Nəsiminin adı verilmiş, Bakıda heykəli (heykəltaraşlar T.Məmmədov, İ.Zeynalov) ucaldılmışdır.Azərbaycan EA Dilçilik İnstitutu Nəsiminin adınadır.
|
|
Məndə sığar iki cahan
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunü və əbsəm ol, şərhu bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.
Surətə baxu mənini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.
Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilini və əbsəm ol mən bu lisanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.
Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.
Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, merhimanımdı Əli,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,
Həmdülillah biz gədanı məhrəmi raz etdilər,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
Zanu dildən bəndəkye Baqir qulami Cəfərəm,
Museyi-Kazım İmam Rzaya kəmtərəm,
Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır bu gün layiq dir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.
Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!
Ey şəkərləb yari şirin laməkanım, mərhəba!
Çün ləbi cami-cəm oldu nəfxeyi-ruhulqudus,
Ey cəmilim, ey cəmalim, bəhru kanım, mərhəba!
Könlümə heç səndən özgə nəsnə layiq görmədim,
Surətim, əqlim, uqulim, cismu canım, mərhəba!
Ey mələk surətli dilbər, can fədadır yoluna,
Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!
Gəldi yarım naz ilə, sordu, Nəsimi necəsən?
Mərhəba, xoş gəldin, ey xırda dəhanım, mərhəba!
Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,
Saldı aləm mülkünə şuru şəru qovğayi-eşq!
Çıxdı sirrim aləmə, əsrarımı faş eylədi,
Halıma həmdəm olandan dünhyaya sevdiyi-eşq.
Nitq imiş aləmdə mövcud, eşq imiş qaim məqam,
Bizə bildirdi əzəldən rəhbəri-mövlayi eşq.
Sən humayi-laməkansan, kəndözündən bixəbər,
Gəlmədin ta kim, görəsən mənzili-əlayi-eşq.
Çıx qəfəsdən, gəygil, ey bulbul,gülüstan seyrin et,
Bas qədəm meydani-eşqə görəsən məvayi eşq.
Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-qaf,
Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.
Cananə mənim sevdiyimi can bilir ancaq,
Könlüm diləyin dünyada canan bilir ancaq.
Bildim, tanıdın elmdə məbudu, yəqin ki,
Şöylə bilirəm kim, anı Quran bilir ancaq.
Abdal oluban bəylik edən arifi gör kim,
Bu səltənətin qədrini sultan bilir ancaq.
Sufimidir ol cami müsəffasına məşğul,
Pünhani içər eyləki, şeytan bilir ancaq.
Ey saqi, gətir dövr əyağın, dövr elə, sün kim,
Bu dövr əyağın dövrünü dövran bilir ancaq.
Könlüm gəmisi qərq edə gör eşq dənizinə
Kim, bu dınizin bəhrini ümman bilir ancaq.
Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.
=============================
NƏSİMİ
Ey uzi gül, ləbləri mərcanımız!
Ey gözü nərgis, şəhi-məstanımız!
Üzünə qarşı sücud eylər mələk,
Səcdəyə inkar edər şeytanımız.
Nünü eynin həq kitabıdır, vəli
Surətin nəqşidurur Quranımız.
Surəti-həqdir cəmalın, ey nigar,
Uş nəbinin sözləri bürhanımız!
* * *
Can eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimiz?
Can neyləsin, biçarə, çün həqdən budur təqdirimiz.
Miskin saçın eşqi bizi zəncirə çəkdi, bağladı,
Yəni ki, biz məcnunları, sol həlqədir zəncirimiz.
Saqi ləbindən doğmuşuz, yəni ki, beydən lam ilə,
Fitrət günündən ta əbəd sol dayədəndir şirimiz.
Şol gözlərin kirpiginə aşiq necə seyd olmasın,
Gör kim, nə yaydandır gələn sol zəxmə mərhəm tirimiz.
Zöhdü səlahu tövbənin ərkanın əhli-zərqə sor,
Eşqə murid olduq bu gün eşqi-əbəddir pirimiz.
Əshabi-kəhfin sirrini görmüş liqayi-Turə sor,
Niçün ki, «Gəttur» əhlinin kəhfindədir Qətrimiz.
Qurandır anın surəti, aydır Nəsimi, sən degil.
Münkir əgər yox deyirisə uş müshəf, uş təsirimiz.
* * *
Mərhaba, ey bəhri-zatın gövhəri-yekdanəsi,
Şəmi-vəhdətdir cəmalın kün-fəkan pərvanəsi
Ta əbəd hüsnün önündə səcdeyi-şükr eylərəm,
Ey cəmalın Kəbə, sənsən Küntə-kənzin xanəsi!
Hər ki qəvvas oldu bildi vəhdətin bəhrində kim:
Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.
Möminin Kəbə yeridir, kafirin bütxanələr,
Aşiqin dost eşigidir Kəbəvü bütxanəsi.
Buldu ləlindən Nəsimi nəfxeyi-ruhulqüdüs,
Ey Nəsiminin həyatı, canımın cananəsi.
* * *
Qaşın vəhyi bizə bürhan irişdi
Üzündə təvili-furqan irişdi.
Üzündə həq kitabı-vəhyi-mürsəl
Zəhi dövlət, sana həqdən irişdi.
Qaşınla kirpigin Turun dağında
Necə bir Museyi-İmran irişdi
Aşiq öz dərdinə çün buldu dərman,
Həzaran hikməti-Loğman irişdi.
Necə bir hikmət ilə tökdü qanın,
Neçənin dərdinə dərman irişdi.
Fənayi-mütləq oldum eşq içində,
Əzəldən çün tənə ol can irişdi.
İtirmə Misrini sən, ey Nəsimi
Bu Misrə Yusifi-Kənan irişdi.
|
|
|
|
|
|
|
|
|
|
|
SIZ BIZIM SAYTMIZDA ÖZ REKLAM VƏ ELANLARINIZ YERLƏŞDIRƏ BILƏRISINIZ
SIZ ÖZ LINKLƏRINIZI BIZIM SAYTDA QARŞILIQLI OLARAQ YERLƏŞDIRƏ BILƏRSINIZ
SAYT ƏLAQƏDƏR FIKIR VƏ TƏKILIFLƏRINIZ BIZƏ YAZIN
POLAD313@BOX.AZ
NAMAZ VAXTI
05/09/2010 (Bakı)
Sübh azanı: 04:47
Günəş çıxır: 06:11
Zöhr azanı: 12:39
Əsr azanı: 16:18
Məğrib azanı: 19:24
İşa azanı: 20:19
Gecə yarısı: 00:06
Qan yaddaşı
· Xankəndi 26.12.1991
· Xocalı 26.02.1992
· Şuşa 08.05.1992
· Laçın 17.05.1992
· Xocavənd 02.10.1992
· Kəlbəcər 3-4.04.1993
· Ağdərə 07.07.1993
· Ağdam 23.07.1993
· Cəbrayıl 23.08.1993
· Fizuli 23.08.1993
· Qubadlı 31.08.1993
· Zəngilan 30.10.1993
HAVA HAQQINDA
Bakı 23C/34C
Gəncə 22C/36C
Naxçıvan 22C/37C
Şuşa 14C/25C
Lənkəran 22C/34C
Şəki 22C/36C
Quba 21C/
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
|
|
|
|
Şəhid Mübariz haqqında mahnı |
|
|
|
ISLAM DINI P 244024 ziyaretçiPOLAD |